Angela Merkel və Vladimir Zelenski arasında telefon danışığı olub

Angela Merkel və Vladimir Zelenski arasında telefon danışığı olub

Almaniya kansleri vəzifəsini müvəqqəti icra edən Angela Merkel və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar zamanı Minsk razılaşmalarının həyata keçirilməsi üçün Normandiya formatında işi davam etdirmək barədə razılığa gəlinib.

Merkel və Zelenski Ukraynanın şərqindəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Kansler Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Liderlər, həmçinin Belarus-Avropa İttifaqı, o cümlədən Belarus-Ukrayna sərhədindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər