Fransa COVİD-19-la mübarizədə yeni qaydalar tətbiq edir

Fransa COVİD-19-la mübarizədə yeni qaydalar tətbiq edir

Fransa COVİD-19-la mübarizədə yeni qaydalar tətbiq edir.

Dekabrın 15-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar təkrar vaksinasiyadan keçməsələr onlara verilmiş sağlamlıq sertifikatları etibarsız sayılacaq.

Yanvarın 15-dən isə eyni qaydalar 18 yaşdan yuxarı hər kəsə şamil ediləcək. Bu barədə ölkənin səhiyyə naziri Olivye Veran məlumat verib.

İlkin dozalarla buster doza arasındakı vaxt 5 aya endirilib. Bundan əlavə, sabahdan etibarən qapalı məkanlarda, eləcə də Milad bazarlarında maskadan istifadə məcburi olacaq.

Fransada koronavirus infeksiyaları son günlərdə pik həddinə çatıb və gündəlik yeni yoluxma hallarının sayı 30,000-i ötüb.

Fransanın səhiyyə naziri Olivier Veran mətbuat konfransı zamanı ikinci və üçüncü inyeksiyalar arasında vaxt fərqinin altı aydan beş aya qədər azaldılmasını elan edib.

Onun sözlərinə görə, Fransada milli gücləndirmə kampaniyasına başlamaq üçün artıq kifayət qədər peyvənd var.

Veran, həmçinin ictimai yerlərdə maskaların istifadəsinin vacibliyini qeyd edib.

Bu arada Fransanın baş naziri Jan Kastesə qonşu Belçikaya səfərindən sonra COVID-19 diaqnozu qoyulub.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər