Biləsuvar sakinini maşın vuraraq öldürüb

Biləsuvar sakinini maşın vuraraq öldürüb

Biləsuvarda 46 yaşlı kişini maşın vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, ötən gün axşam saatlarında Rusiyadan evinə qayıdan rayonun Nəsimikənd sakini, 1975-ci il təvəllüdlü Rafət Abidin oğlu Bağışovu Xırmandalı kəndində avtomobil vurub. Ağır xəsarətlə onu xəstəxanaya çatdırmaq mümkün olsa da, R.Bağışov dünyasını dəyişib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər