Goranboyda qanunsuz işləyən baytarlıq apteki aşkarlanıb - FOTO

Goranboyda qanunsuz işləyən baytarlıq apteki aşkarlanıb - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Vəliyev Elnur İzzət oğluna məxsus baytarlıq aptekində yoxlama keçirib.

AQTA-dan REAL-a verilən məlumata görə, yoxlama zamanı aptekdə satışı həyata keçirilən istifadə müddəti bitmiş vaksinlər və baytarlıq preparatları aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, son istifadə tarixi bitmiş vaksinlər və baytarlıq preparatları satışdan kənarlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər