Gəncədə kanalizasiya qapaqları və mətbəx əşyaları oğurlayanlar tutuldu - VİDEO

Gəncədə kanalizasiya qapaqları və mətbəx əşyaları oğurlayanlar tutuldu - VİDEO

Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə (RPİ) yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə məlumat daxil olub. RPİ-nin əməkdaşlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Cəfərov və Pərviz Quliyev saxlanılıb. Onlar ifadələrində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Bundan başqa Nizami RPİ-nin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yüksəkmərtəbəli binanın damından ümumi dəyəri 1244 manat olan mətbəx əşyalarını oğurlamaqda şübhəli bilinən Ruzigar Abdullyev saxlanılıb.

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalar davam etdirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər