Avropa İttifaqı Polşa, Litva və Latviyaya 226 milyon dollar həcmində maliyyə dəstəyi göstərəcək

Avropa İttifaqı Polşa, Litva və Latviyaya 226 milyon dollar həcmində maliyyə dəstəyi göstərəcək

Avropa İttifaqı öz sərhədlərində mühafizə xidmətini gücləndirmələri üçün Polşa, Litva və Latviyaya 226 milyon dollar həcmində maliyyə dəstəyi göstərəcək.

Bu barədə Avropa komissiyasının rəhbəri Ursula fon der Lyayyen açıqlama verib.

O bildirib ki, maliyyə vəsaiti heç bir halda sərhədlərdə divarın tikilməsi üçün nəzərdə tutulmayıb, bu pullar sərhədçilərə texniki və kadr dəstəyi vermək üçün xərclənməlidir.

Son günlərdə kütləvi mühacir axını ilə üzləşən Litva öz hesabına Belarusla sərhədlərə 4 metr hündürlüyündə divar çəkməyə başlayıb.

“Litva bu hibrid hücuma insani davranışla qarşılıq verdi. Avropa İttifaqı sizin tərəfinizdədir. Litva üçün artıq 41 milyon dollar ayrılıb” – deyə Lyayyen vurğulayıb.

Rəsmi Brüssel Belarusu mühacirləri qəsdlə Avropaya yönləndirməkdə ittiham edir.

“NATO, əlbəttə, Lukaşenko rejiminin addımlarını yaxından izləyir. Son illərdə biz bu regionda öz qüvvələrimizi əhəmiyyətli dərəcədə artırmışıq. Tariximizdə ilk dəfədir ki, Baltik regionunda döyüş qabiliyyətli qruplara malikik” – deyə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Qeyd edək ki, Avropa İttifaqı sərhədlərində 7-15 min arasında, o cümlədən, Litvanın sərhəldərində 2 minə yaxın mühacir qalmaqdadır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər