Almaniyada mühacirlərə dəstək aksiyası keçirilib

Almaniyada  mühacirlərə dəstək aksiyası keçirilib

Almaniyanın paytaxtı Berlində Polşa ilə Belarus sərhədlərində toplaşan mühacirlərə dəstək aksiyası keçirilib.

Fəallar parlament binası qarşısında 6 min “yaşıl alov” yandırıb, hökuməti mühacirləri ölkəyə qəbul etməyə çağırıblar.

“Vəziyyətin yeganə həll yolu Almaniya rəhbərliyindən asılıdır. Yeni koalisiya addımlar atmalı, insanları ölkəyə qəbul etməlidir. Təkcə, bu yolla sərhədlərdəki ölüm hallarının qarşısını almaq olar” – deyə təşkilatçı Alina Lyapina bildirib.

İnsan haqları müdafiəçiləri bildirirlər ki, qonaqpərvər olmayan Avropanın sərhədlərində artıq 17 mühacir ölüb.

Onların sözlərinə görə, qarşıdan gələn qış fəsli ilə əlaqədar ölüm halları bir neçə dəfə arta bilər.

Qeyd edək ki, Almaniya cəmiyyəti arasında mühacirlərə qarşı münasibət birmənalı deyil.

Sonuncu sorğuya əsasən, almanların əksəriyyəti ölkənin yeni mühacir axınına hazır olmadığını hesab edir.

Sərhədlərdə mühacir böhranının yaranmasına görə isə Belarus rəhbərliyi günahlandırırlar.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər