İsveçrədə tarixi referendum

İsveçrədə tarixi referendum

İsveçrəlilər hökumətin pandemiyaya qarşı tədbirlər proqramını referendumla qəbul ediblər.

Seçicilərin 62.1 faizi tədbirlərin lehinə səs verib.

Proqrama bir sıra sanitar qaydalar, o cümlədən, QR kodları ilə yaşıl keçidin tətbiqi daxildir.

Yeni qaydalara əsasən, vətəndaşlar restoran, kinoteatr və digər ictimai yerlərə gedən zaman 3 sənəddən birini göstərməlidirlər: tam doza ilə peyvənd olunduqlarına dair şəhadətnamə, mənfi “Covid-19” testi nəticəsi və ya “Covid”ə yoluxma haqqında sənəd.

“Həmişə əmin idik ki, İsveçrə xalqının əksəriyyəti sağlam düşəncəyə malikdir, faktlara və elmi araşdırmaların nəticələrinə əsaslanır” – deyə tədbirlərin lehinə səs verən vətəndaşlardan biri bildirib.
Cenevrədə tədbirlərlə qarşı çıxanlar da az deyil.

“Biz konstitusiya hüquqlarımız uğrunda mübarizə aparacağıq. “Covid” qanunlarının sərtləşdirilməsi İsveçrə konstitusiyasının 10 maddəsi ilə təzad təşkil edir”.

Vətəndaşlardan biri belə deyib.

Qeyd edək ki, İsveçrə sanitar tədbirlər məsələsini referenduma çıxaran ilk ölkədir. Belə bir təşəbbüsü “Covid” passportuna qarşı olanlar irəli sürüblər. Onlar vaksinasiya kampaniyasını fərdi azadlıqların əlindən alınması və peyvənd vurdurmayan şəxslərə qarşı ayrıseçkilik hesab edirlər.

İsveçrə hökuməti isə profilaktik tədbirləri lokdauna alternativ olaraq görür və koronavirusla mübarizədə qaçılmaz addım adlandırır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən