Fransa və Aİ-nın miqrasiya rəsmiləri görüşüb

Fransa və Aİ-nın miqrasiya rəsmiləri görüşüb

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi agentliyi “Frontex” La-Manş boğazı üzərində müşahidə aparmaq üçün bu regiona təyyarə göndərəcək.

Fransanın Kale şəhərində keçirilən iclasda bu barədə razılıq əldə olunub.

Qurum rəsmiləri qanunsuz mühacirət təşkilatçıları ilə mübarizədə daha sıx əməkdaşlıq edəcəklərini deyiblər.

İclasa Böyük Britaniyanın dəvət olunmadığı bildirilir.

Məlumata görə, Britaniyanın baş naziri Boris Conson Fransa rəhbərliyini mühacirləri qaytarmağa çağırdıqdan sonra rəsmi Paris dəvətnaməni ləğv edib.

Müşahidəçilər iclasın Britaniya əleyhinə olduğu iddia edirlər.

Qeyd edək ki, görüş bir qrup fəalın etiraz aksiyası fonunda baş tutub.

Fəallar sərhədlərə nəzarətin gücləndirilməsi ilə problemin həll olunmayacağını bildiriblər.

“Həll yolu qonaqpərvərlik siyasəti olmalıdır. Sıxışdırma siyasəti deyil. Mühacirlər məhz bu rəhmsiz siyasətə görə təhlükəli La-Manş boğazı yolunu seçirlər” – deyə fəallardan biri bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl La-Manş boğazını keçərək Britaniyaya getməyə çalışan 30-dan çox mühacir boğazda boğularaq ölüb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən