Peruda baş verən zəlzələ nəticəsində azı 3 nəfər xəsarət alıb

Peruda baş verən zəlzələ nəticəsində azı 3 nəfər xəsarət alıb

“Peruda baş verən zəlzələ nəticəsində azı 3 nəfər xəsarət alıb, evlərin 70%-nə ziyan dəyib”.

APA-nın məlumatına görə, bu barədə Halka-Qrande şəhərinin meri Valter Kulki “Ere-pe-pe” radiosunun efirində bildirib.

Qeyd edək ki, Peruda bazar günü səhər 7,3 bal gücündə zəlzələ qeydə alınıb. daha sonra yeraltı təkanın gücü 7,5 bala yüksəlib. Zəlzələnin episentri Barranka şəhərindən 45 km şimal-qərbdə Ekvadorun Loja şəhərindən 269 km şərqdə yerləşib. Zəlzələnin ocağı 110 km dərinlikdə yerləşib, sunami təhlükəsi elan edilməyib.

Ekvadorda hələlik bu ölkədə qurbanlar barədə məlumat verilməyib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən