Kumbre Vyexa vulkanı püskürmək davam edir

Kumbre Vyexa vulkanı püskürmək davam edir

İspaniyanın Palma adasında fəal olan Kumbre Vyexa vulkanında daha bir neçə lava kanalı yaranıb.

Yeni kanallarda lava, orta hesabla, dəqiqədə 6 metr sürətlə hərəkət edir. Müşahidəçilər yeni alov kütləsinin daha çox əraziyə, evlərə və digər tikilərə zərər vuracağını deyiblər.

İspaniya Milli Coğrafiya İnstitutu yeni axının indiyə qədər zərər dəyməmiş istiqamətlərdə olduğunu bildirib.

Xatırladaq ki, Kumbre Vyexada püskürmə 19 sentaybrda başlayıb. Palma adası Kanar Adaları arxipelaqının qərb hissəsində yerləşir.

Vulkanda indiyə qədər, ümumilikdə, 11 kanal qeydə alınıb.

Kanallardan biri üzrə hərəkət edən lava ötən həftə qəbristanlığı dağıdıb. Lava 1100 hektar ərazini məhv edib. Adada minlərlə ev, yollar, elektrik xətləri, suvarma boruları yanaraq külə çevrilib.

Ekspertlər bildiriblər ki, suvarma sisteminin sıradan çıxması adanın iqtisadi lokomotivlərindən biri banan plantasiyalarının da məhvinə gətirib çıxara bilər.

İrimiqyaslı maddi zərərə baxmayaraq vulkan nəticəsində insan itkisi baş verməyib.

REAL
 

Digər xəbərlər
Bu gün
Dünən