Qırğızıstanda parlament başa çatıb

Qırğızıstanda parlament başa çatıb

Qırğızıstan parlamenti - Joqorku Keneşə seçkilər başa çatıb.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prosesə 3.7 milyon əhalidən 1.2 milyonu qatılıb.

Bu, təxminən, 32.12 faiz seçici deməkdir. Hazırda səslərin sayılması prosesi icra olunur.

Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq istənilən halda baş tutmuş sayılır.Qırğızıstanın yeni parlamenti 90 deputatdan ibarət olacaq.Parlamentin deputatları beş il müddətinə seçilir.

MSK-nın məlumatına görə, dörd müxalif siyasi partiya beş faizlik baryeri keçərək parlamentdə təmsil olunacaq.Bunlar Sosial Demokratlar, sosialist Vətən, Vahid Qırğızıstan və və Azadlıq partiyalarıdır.

Xatırladaq ki, ölkənin hazırkı prezidenti Sadıq Japarov yanvar ayında hakimiyyətə gəlib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən