Sumqayıtda mənzildən meyit tapılıb

Sumqayıtda mənzildən meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə REAL-a FHN-dən məlumat verilib.

Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Cəfərov Həmzəli Cəfər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər
Bu gün
Dünən