Daxili Qoşunların Füzulidə minaya düşən hərbçilərinin son durumunu açıqlanıb - YENİLƏNİB

Daxili Qoşunların Füzulidə minaya düşən hərbçilərinin son durumunu açıqlanıb - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən hərbi qulluqçularının durumuna aydınlıq gətirib.

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, minaya düşən Murad Məmmədzadənin sol ayağı topukdan amputasiya edilib.

O bildirib ki, Sarib Məmmədzadənin müalicəsi isə davam etdirilir.

REAL

***09:43

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən hərbi qulluqçularının son durumu açıqlanıb.

"Report"un əldə etdiyi məlumata görə, hərbi qulluqçular - Sarib Məmmədzadə və Murad Məmmədzadənin hər birinin ayaqlarından biri amputasiya edilib.

Hazırda hər iki şəxsin vəziyyəti stabildir, müalicələri davam etdirilir.

Qeyd edək ki, Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə noyabrın 28-də Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən