“Bakı Metropoliteni”ndə yanğın-taktiki təlim keçirilib - FOTO

“Bakı Metropoliteni”ndə yanğın-taktiki təlim keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri metronun “20 Yanvar” stansiyasında növbəti yanğın-taktiki təlim keçirib.

Təlimin əsas mövzusu həmin stansiyasının 2-ci vestibülünün kabel kollektorunda 380 Voltluq elektrik lövhəsində baş vermiş şərti yanğının “söndürülməsi” olub.

Əvvəlcə, şərti yanğın hadisəsi barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək “yanğını söndürüblər”.

Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən