Koronavirus xəstəsi alış-verişdə - VİDEO

Koronavirus xəstəsi alış-verişdə - VİDEO
Balakəndə aktiv COVID xəstəsi bazarda aşkarlanıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Balakən şəhər sakini Səlimət Layıcovanın COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin həmin şəxs qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və polis əməkdaşları tərəfindən mərkəzi rayon bazarında tərəvəz məhsulları satarkən aşkar olunub. Onunla profilaktiki söhbətlər aparıldıqdan sonra müalicə aldığı evə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün ciddi təhlükə yaradan Səlimət Layıcova barəsində Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən