Suvarmadakı problemlər aradan qaldırılır - VİDEO

Suvarmadakı problemlər aradan qaldırılır - VİDEO
Bəhramtəpə Melioservis İdarəsi su şəbəkəsini yenidən qurur

İmişli və ətraf rayonların suvarma sistemindəki problemlər artıq aradan qalıb. ərazidə 7 min metr uzunluğuda Yeni çəkilən kanallar 5 min hektardan çox əkin sahəsinə xidmət edir. Su şəbəkəsinin qurulması Bəhrəmtəpə Melorservis idarəsi tərəfindən həyata keçirilir.

Bəhrəmtəpə Meloservis İdarəsi dəmir-beton kanstruskiyalı novlar istehsalı və çəkilməsi, torpaq məcralı kanalların beton üzlüyə alınması, həmçinin su keçidlərinin yenilənməsi üçün müxtəlif diametirli boruların istehsalı və quraşdırılması işini yerinə yetirir. Bundan başqa sahil bərkitmə işlərində isitfadə olunan beton lövhələrin körpü və keçidlərin əsas hissələrinin də istehsalı idarə tərəfindən həyata keçirilir.

İdarədən verilən məlumata görə son illərdə 7 min metr uzunluğunda müxtəlif ölçüdə beton nov kanal istehsal edilib və sahələrə köçürülüb o cümlədən torpaq məcralı kanallar beton üzlüyə alınıb. Görülən işlər İmişli, Neftçala, Biləsuvar, Sabirabad, Füzuli rayonlarını əhatə edib. Həmçinin Saatlı rayonunda 30 metr uzunluğu olan dəmir-beton konstruksiyalı körpü inşa olunub. Cənub Muğan kanalı üzərində isə 40 metr uzunluğu olan dəmir-beton kontruskiyalı korpü tikilib. İmişli rayonunda isə 8 ədəd kollektor üzərində körpü inşa edilib. Bunlarla yanaşı zavod tərəfindən Biləsuvarda su nasos stansiyası əsaslı təmir olunub. Zərdabda isə suvama işlərinin yaxşılaşdırılası üçün 1.3 km su novları çəkilib. İmişli də torpaq məcralı kanal beton üzlüyə alınıb və nov kanallarla təmin edilib.

İdarə görülən işlərlə yanaşı suvarma və kollektor kanallarının lildən təmizlənməsi işlərini yerinə yetirir. Cari ildə adı çəkilən işlər üzrə 5 min metr məsafədə lidən təmizəmə aparılıb. Qeyd edək ki, Bərhəmtəpə Melorservis idarəsinin əsas təyinatı suvarmanın keyfiyyətli təşkil olunması və kənd təssərüfatının inkişafının təmin edilməsidir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən