Bayden Putinlə danışacaq

Bayden Putinlə danışacaq
ABŞ və Rusiya prezidentlərinin danışıqları dekabrın 7-də baş tutacaq

Dekabrın 7-də ABŞ və Rusiya prezidentləri Cozef Bayden və Vladimir Putin arasında videozəng formatında görüş keçiriləcək.

REAL xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirili ki, Co Baydenin Rusiya Prezidenti ilə Ukrayna ətrafında vəziyyəti və digər məsələlərin geniş spektrini müzakirə etməsi nəzərdə tutulur.

Amerika lideri xüsusən RF-nin Ukrayna sərhədi yaxınlığında hərbi aktivliyindən narahatlığını bəyan etməyi planlaşdırır.

Rusiya KİV-ində yayılan xəbərlərə görə, danışıqların vaxtı barədə məlumat Kreml tərəfindən təsdiqlənib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, videozəng axşam saatlarında baş tutacaq və danışıqların nə qədər çəkəcəyini prezidentlər özləri müəyyənləşdirəcəklər.

Liderlər ikitərəfli münasibətlərdəki qeyri-məqbul vəziyyəti müzakirə edəcəklər və beynəlxalq gündəliyin aktual məsələlərinə toxuna bilərlər.

Bu sıraya Əfqanıstan, İran, Liviyada vəziyyət və Ukraynadaxili böhran, habelə pandemiya, iqlim dəyişikliyi ilə mübarizə və neft bazarı problemləri daxil ola bilər.

Bir müddət əvvəl bildirilmişdi ki, dövlət başçılarının iki sammiti keçiriləcək.

Onlardan biri 2021-ci ilin sonunda onlayn formatda, digəri isə 2022-ci ildə üz-üzə baş tutacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər