Novxanıda kişi həyat yoldaşını qarnından bıçaqlayıb

Novxanıda kişi həyat yoldaşını qarnından bıçaqlayıb

Abşeronda rayonunda ailə münaqişəsi bıçaqlanma ilə bitib.

"Report"un məlumatına görə, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.

Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanan 1980-ci il təvəllüdlü Seyidverdiyeva Aybəniz Oruc qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onda qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən