Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb

Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb

Bakı Metropoliteninin "İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.

Bu barədə REAL-a Bəxtiyar Məmmədov məlumat verib.

"Dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. Aidiyyəti üzrə araşdırma aparılır", - deyə Bəxtiyar Məmmədov deyib.

Digər xəbərlər
Bu gün
Dünən