Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu keçirilib - FOTOLAR

Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu keçirilib - FOTOLAR

Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə dekabrın 5-də mindən çox könüllü gənclərin iştirakı ilə Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu Bakı Konqres Mərkəzində baş tutub.

REAL xəbər verir ki, forumdan öncə iştirakçılar Birinci Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra ,Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad ediblər.

Forumda ilkin olaraq Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi təşkil olunub. Sərgi ərazisində könüllülər üçün əyləncəli və intellektual oyunlar keçirilib, könüllülərin təşəbbüsü ilə fləşmoblar nümayiş olunub. Daha sonra forum bir çox dövlət rəsmilərinin, könüllü təşkilatların rəhbərlərinin çıxışı, dünya və yerli könüllülərin iştirakı ilə maraqlı videoçarxlar və həmçinin müxtəlif nominasiyalar üzrə ilin ən fəal könüllülərinin mükafatlandırılması ilə davam etdirilib.

Sonda rəsmi qonaqlar və könüllü təşkilatların təmsilçiləri birgə xatirə şəkli çəkdiriblər.

REAL

Digər xəbərlər
Bu gün
Dünən