Gəncədə ağır qəza:16 yaşlı sürücü və 13 yaşlı piyada ölüb - FOTO, VİDEO

Gəncədə ağır qəza:16 yaşlı sürücü və 13 yaşlı piyada ölüb - FOTO, VİDEO

Gəncə şəhərində ağır avtomobil qəzası qeydə alınıb. Hadisə yerinə təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Qəza nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri piyadadır. Onların şəxsiyyətləri də məlum olub. qəza zamanı sürücü, 2005-ci il təvəllüdlü Nüman Əlizadə, piyada, 2008-ci il təvəllüdlü Nazlı İbrahimova ölüb. Hadisə zamanı 2003-cü il təvəllüdlü Cavid Kazımov, 2004-cü il təvəllüdlü Elcan Əliyev və onun həmyaşıdı İlkin Bayramov xəsarət alıblar. Qeyd edilir ki, avtomobil öncə 8-ci sinif şagirdi olan piyadanı vurub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

***

15:46

Gəncədə qəza nəticəsində ölənlərin və xəsarət alanların adı bəlli olub.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, sürücü 11-ci sinif şagirdi, 16 yaşlı Əlizadə Numan Namiq oğludur.

Ölən piyada İbrahimova Nazlı Elşad qızının isə 13 yaşı olub.

Xəsarət alanlar aşağıdakılardı:

2004-cü il təvəllüdlü Əliyev Elcan Elşən oğlu

2004-cü il təvəllüdlü Bayramov İlkin

2003-cü il təvəllüdlü Kazımov Cavid Rauf oğlu

***

14:50

Gəncədə baş verən ağır qəzanın təfərrüatları bəlli olub.

APA-nın yerli bürosunun məlumatına görə, belə ki, sürücü avtomobili ilə yol kənarında azyaşlını vurduqdan sonra idarə etməni itirib. Maşını ağaca çırpıb.

Qəza nəticəsində piyada uşaq və sürücü həyatını itirib.

Baş verən hadisə ilə bağlı fotoları təqdim edirik:

REAL

Digər xəbərlər
Bu gün
Dünən