Göyçayda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb - FOTO

Göyçayda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan REAL-a verilən məlumata görə, rayon sakini Sərxan Abdurəhimovun COVID-19 testinin nəticəsi pozitiv olmasına və ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxs polis əməkdaşları tərəfindən şəhər ərazisində aşkarlanıb. S.Abdurəhimovla izahedici söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.

Hazırda onun barəsində Göyçay Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Digər xəbərlər
Bu gün
Dünən