Avtobusların intervalında gecikmə - VİDEO

Avtobusların intervalında gecikmə - VİDEO
21:00-dən sonra bəzi marşrut xətləri üzrə avtobus tapılmır

Həftəsonları avtobusların azlığı,həftəiçi isə intervalda gecikmələr sərnişinlərin narazılığına səbəb olur.

Bəzən isə saat 21:00-dan sonra ümumiyyətlə avtobus tapmaq müşkülə çevrilir.

Pandemiyadan sonra sıx-sıx müşahidə vəziyyətlə əlaqədar BNA-ya göndərdiyimiz sorğuya mətbuat katibi Mais Ağayev cavabladı.Bu problemlərlə bağlı əhalinin müraciətləri əsasında monitorinqlərin aparıldığını deyən qurum rəsmisi bildirdi ki, daşıyıcı şirkətlərə artıq xəbərdarlıq olunub.

Ancaq problemin həlli bundan ibarət deyil.Yaxın günlərdə bütün avtobuslar mərkəzləşdirilmiş vahid dispeçer xidmətinə qoşulacaq.Və bununla da daşıyıcı şirkətlər istəsələr belə avtobusların gediş-gəliş saatına müdaxilə edə bilməyəcəklər.Mərkəzi dispeçer xidməti vasitəsilə avtobuslara nəzarəti tam olaraq bir mərkəzdən ediləcək.

Vahid dispeçer mərkzi vasitəsilə sərnişinlər ona lazım olan avtobusun intervalını,dayanacağa yaxınlaşma saatını tam dəqiqliyi ilə biləcək.Bu sistemin tam işə düşməsi üçün bütün avtobuslar kart sisteminə keçməlidir.Hələlik isə 80-ə yaxın avtobus vahid dispeçer mərkzindən idarə olunur.

REAL

Digər xəbərlər
Bu gün
Dünən