Ermənistanda siyasi böhran dərinləşir - VİDEO

Ermənistanda siyasi böhran dərinləşir - VİDEO
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması İrəvanın xeyrinədir

Ermənistanda baş verən siyasi proseslər fonunda ölkədə mövcud vəziyyət gərgin olaraq qalmaqdadır. Bu mənada, Ermənistan parlamentinin yeni spikeri Alen Simonyan Azərbaycan-Ermənistan arasında danışıqlar prosesinin həssas mərhələyə daxil olduğu vaxtda ölkəsinin mövcud durumu və Qarabağdan Erməni Silahlı birləşmələrinin çıxarılmasında Rusiyanı ittiham etməsi isə onu göstərir ki, Ermənistan və Rusiya arasında əlaqələr hələ də gərgindir.

Digər tərəfdən, ölkədə hökm sürən böhran kontekstində, Qarabağ müharibəsindən sonra regionda yeni şərtlərin yarandığını yaxşı anlayan xaricdə yaşayan ermənilər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıdırlar. Nəzərə alsaq ki, erməni xalqı onsuz da kasıbdır, o zaman sözügedən normallaşma heç şübhəsiz Ermənistanın da marağındadır. Başqa sözlə, sərhədlərin və hava yollarının açılması həm də erməni xalqının rahat nəfəs almasına imkan verəcək.

Nəticə etibarilə, sadalananlar onu deməyə əsas verir ki, səsləndirilən fikirlər bölgədə sülh və sabitliyə hesablanıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən