Azərbaycan BƏƏ-yə ticarət missiyaları göndərəcək

Azərbaycan BƏƏ-yə ticarət missiyaları göndərəcək

Azərbaycan dekbarın 8-11 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ticarət missiyası göndərəcək.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev BƏƏ-nin milli bayramı - Müstəqillik Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda deyib.

Nazir bildirib ki, "Made in Azerbaijan" brendi altında məhsullarımızı təbliğ etmək məqsədilə Əbu-Dabi və Şarcaya ticarət missiyası göndəriləcək: “Qeyd etmək istərdim ki, artıq ötən il BƏƏ-də Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərməyə başlayıb və Dubayda Azərbaycan Ticarət Evinin açılması işi yekunlaşmaq üzrədir".

Ş.Mustafayev qeyd edib ki, BƏƏ-nin Azərbaycanda investisiyalarının həcmi 2,1 milyard dollar təşkil edir ki, bu vəsaitin də 1,3 milyard dolları neft sektoruna, 806 milyon dolları isə qeyri-neft sektoruna yatırılıb.

Nazirin sözlərinə görə, Azərbycanın BƏƏ-yə yatırımlarına gəlincə, bu, 330 milyon dollar təşkil edib.

Ş.Mustafayev əlavə edib ki, hazırda Azərbaycanda BƏƏ-nin təxminən 300 şirkəti fəaliyyət göstərir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə