Dünən 91 cinayət faktı qeydə alınıb

Dünən 91 cinayət faktı qeydə alınıb
Polislərin keçirdiyi əməliyyat zamanı 23 nəfər saxlanılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 91 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən mətbuat xidmətindən Real TV-yə verilən məlumata görə, qeydə alınan cinayət hadisələrindən 14-ü “isti izlər”lə açılıb.

Bundan başqa, dünən keçirilən əməliyyat nəticəsində əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Bundan başqa, dünən cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Ziya SƏCCAD

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə