Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə ATƏT-in vasitəçilik səylərini dəstəkləyir.
REAL xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın Milan şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci sessiyasında çıxışı zamanı bildirib.
“Biz Cənubi Qafqazda təhlükəsizlik məsələləri üzrə Cenevrə müzakirələri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in vasitəçilik səylərini dəstəkləyirik”, - deyə Lavrov vurğulayıb.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini də iclasda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıb.
O bildirib ki, ATƏT məkanında münaqişələrin həllində konfrontrasiyaya yer yoxdur.
"Avropa İttifaqı (Aİ) Gürcüstandakı, Moldovadakı münaqişələrin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tam töhfə verməyə davam edəcək", - Federika Moqerini deyib.
O bildirib ki, ATƏT məkanında münaqişələrin həllində konfrontrasiyaya yer yoxdur və yalnız əməkdaşlıq təşkilat daxilində sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edə bilər.