Aşıq Şəmşirin 125 illik yubileyi keçirilib (FOTO)

Aşıq Şəmşirin 125 illik yubileyi keçirilib (FOTO)
Ustad aşığın xatirəsinə həsr edilən “Saz-söz bayramı” adlı tədbir keçirilib

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilən “Saz-söz bayramı” adlı tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Real TV-yə verilən məlumata görə, foyedə aşığın həyat və yaradıcılığına həsr edilmiş sərgi nümayiş olunub. Tamaşaçılar görkəmli aşığın kitabları, aşığa həsr edilən elmi-nəzəri ədəbiyyat nümunələrinə və onun ömrünün müxtəlif anlarını əks etdirən fotolara maraqla baxıblar. Tədbir Aşıq Şəmşirə həsr olunmuş filmin nümayişi ilə başlayıb.

Qeyd edək ki, ustad aşıq 1893-cü ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Öyüdlər” və sair kitabları işıq üzü görüb.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən