Azərbaycan 10 milyard dollar yatırım etdi, 11 milyard dollar qazandı

Azərbaycan 10 milyard dollar yatırım etdi, 11 milyard dollar qazandı
2020-ci ilin sonuna qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dolları keçəcək

Azərbaycanın Türkiyəyə qoyduğu sərmayənin həcmi 10 milyard dolları keçib.

Real TV-nin məlumatına görə, bunu Türkiyənin Xarici iqtisadi əlaqələr Şurasının rəhbəri Səlcuq Akat deyib.

Onun sözlərinə görə, iki ölkə arasında xarici ticarət dövriyyəsinin həcmi ötən il 2 milyard 640 milyon dollar olub.

Türkiyədə 2 min Azərbaycan şirkətinin fəaliyyət göstərdiyini deyən Selcuq Akat 2020-ci ilin sonuna qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dolları keçəcək.

Şura sədri Türkiyənin Azərbaycandakı sərmayələrinin həcmi barədə də danışıb.

“Türkiyənin Azərbaycana qoyduğu sərmayənin həcmi 11,7 milyard dollardır. Bunun 8,96 milyard dollar hissəsi neft və qaz sahəsindədir. Azərbaycana inşaat, sənayə, ticarət, xidmət və telekommunikasiya başda olmaqla demək olar ki, bütün sahələrdə 3 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir”, - deyə Səlcuq Akat bildirib.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə