Bakı metrosunda qadın qatarın altına yıxıldı (YENİLƏNİB)

Bakı metrosunda qadın qatarın altına yıxıldı (YENİLƏNİB)
Metroda həyəcanlı anlar yaşandı

Bakı metrosunda qatar relsinə yıxılan şəxsin kimliyi məlum oldu.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Real TV-yə verdiyi məlumata görə, "İçərişəhər" stansiyasında 85 yaşlı a Sürayyə Söhbət qızı Məmmədov qatar dayananda birinci vaqonun birinci qapısından yıxılıb.

“Sola dönüb, stansiyadan çıxmaq əvəzinə, sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb. Qadını platformaya qaldırıblar”, - deyə N.Paşayev bildirib.

Onun sözlərinə görə, görünüşdə ciddi xəsarət müşahidə edilməsə də, təcili tibi yardım çağırılıb. Xətdə ümumilikdə 3 dəqiqə gecikmə yaranmışdı

***13:16

Bakı metrosunda sərnişin qatar relsinə yıxılıb.

Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Real TV-yə məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün saat 12:55-də baş verib:

"İçərişəhər" stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb. Hadisə qatar stansiyada olmadığı vaxt baş verib. Dərhal qatar yolundan gərginlik ayrılıb. Hazırda sərnişini çıxartmağa çalışırıq. Xətdə müəyyən gecikmə olacaq. Xahiş olunur, nəzərə alasınız".

Ziya SƏCCAD

Real TV

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə