Vənlik kənd məktəbinin problemləri - VİDEO

Vənlik kənd məktəbinin problemləri - VİDEO
Cəlilabad Rayon Təhsil Şöbəsi problemə aydınlıq gətirdi

İzlədiyiniz görüntülər qaynar xəttimizə Cəlillabad rayon sakini Rəhim Mehdiyev tərəfindən göndərilib. Vətəndaş bildirib ki, Uçuq -sökük, tövləyə bənzər qəzalı təhsil ocağı Cəlilabad rayonu Vənlik kənd ümumi orta məktəbidir. 1 mərtəbəli məktəbin tavanı və yeri köhnə taxtadan ibarətdir. Çürümüş döşəmələrdə yaranan dəliklər uşaqlar üçün təhlükə yaradır.

Vətəndaşın narahatlığına səbəb olan problemə aydınlıq gətirmək üçün rayon təhsil şöbəsi ilə əlaqə saxladıq . şöbədən bildirildi ki,Vənlik kənd ümumi orta məktəbi 1985-ci ildə tikilib. Məktəbin bütün sinif otaqlarına odun sobaları quraşdırılıb, işıq xətti Çəkilib. Vənlik kənd ümumi orta məktəb binasının yeni modul tipli bina ilə əvəz edilməsi barədə aidiyyəti qurumlara məlumat verilib və 2022-ci ildə məktəb binasının tikiləcəyi nəzərdə tutulub. İlin gəlişinə isə sayılı günlər qalıb. Vənliklilərə bir az da səbr etməyi arzulayırıq.

REAL

 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər