Pay torpağı ilə bağlı yaranmış anlaşılmazlıq - VİDEO

Pay torpağı ilə bağlı yaranmış anlaşılmazlıq - VİDEO
Elektron xəritənin tətbiqindən sonra problem həllini tapacaq

Lənkaran rayon Luvəsər kənd sakini Zeynəb Əlişah qızı Axundova ona Kərgalan kəndindən verilmiş pay torpağı ilə problem yaşayır. Problemini videoya çəkən şikayətçi onu qaynar xəttimizə yollayıb.

Zeynəb Axundovanın probleminə işıq salmaq üçün Kərgəlan Bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyədən bildirildi ki, problemdən xəbərdardırlar. Anlaşılmazlıq ötən əsrin 90-cı illərində, pay torpaqları verilərkən yaranıb və bu günə qədər də davam etməkdədir. Qeyd olundu ki, hətta həmin problemlə əlaqədar Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən əməkdaşlar da əraziyə gələrək baxış keçiriblər. Biz də adıçəkilən qurumla əlaqə saxladıq. Məsələ ilə məşğul olan mühəndis də problemin torpaq islahatları zamanı yarandığını təsdiqlədi. Eyni zamanda bildirildi ki, məsələ ərazilərə elektron xəritələr göndəriləndən sonra həllini tapacaq. Həmin vaxt isə elə də uzaqda deyil.

REAL
 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər