1-ci Qarabağ müharibəsi əlilləri üçün ödəniş qaydalarının layihəsi hazırdır - VİDEO

1-ci Qarabağ müharibəsi əlilləri üçün ödəniş qaydalarının layihəsi hazırdır - VİDEO
Layihə 20 min şəxsi əhatə edəcək

Dövlət başçısı tərəfindən imzalanmış fərmanla 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları, vəfat etmiş şəxslərin ailə üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə ilə təmin olunacaq. Fərmana əsasən I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manat müəyyən edilib. Fəram 20 min şəxsi əhatə edəcək.

Dövlət qurumlarına verilmiş taşırığa əsasən birdəfəlik ödəməni almaq hüququ olan şəxslərin adlı siyahıları ƏƏSMN-ə təqdim edilməlidir. Bundan başqa Ədliyyə nazirliyi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarları olan şəxslərin adlı siyahısı, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən birdəfəlik ödəməni alacaq şəxslərin adlı siyahısı ƏƏSMN-ə təqdim ediləcək. Siyahılar təqdim edildikdən sonra ümumi siyahı tərtib ediləcək və vətəndaşların müracitələrinə baxılması növbəlilik prinsipi nəsasənda həyata keçiriləcək.

Qeyd edək ki, daha əvvəl dövlət başçsınınmüvafiqə fərmanları ilə 2019-2020-ci illərdə ƏƏSMN 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi proqramını icra edib. 12,3 minə yaxın şəhidin 18 mindən çox vərəsəsi birdəfəlik ödəmə ilə təmin olunub.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər