Küləyin məktəbə vurduğu ziyan - VİDEO

Küləyin məktəbə vurduğu ziyan - VİDEO
Dam örtüyünün təmirinin yubanması valideynləri narahat edir

Ötən ilin dekabr ayının 20-də güclü külək Qubanın ucqar yaşayış məntəqələrindən olan Güləzi kəndində bir sıra fəsadlara yol açıb. Təbii fəlakət nəticəsində kənd məktəbinin dam örtüyünün bir hissəsi uçub.

Hadisədən 15 gün keçməsinə baxmayaraq dəymiş ziyanın aradan qaldırlıması istiqamətində heç bir tədbir görülməyib. Dam örtüyünün olmaması səbəbindən yağış və qar suları siniflərə dolur. Nəticədə hər keçən gün ziyanın həcmi daha artır. Elə valideynləri də bu məsələ narahat edir.

Məktəbin direktoru Qılman Zeynalovun sözlərinə görə, hadisədən sonra Təhsil Nazirliyinin nümayəndələri müəssisəyə baxış keçirib. Onlar tezliklə təmir işlərinə başlanacağını desələr də hadisədən xeyli vaxt keçməsinə baxmayaraq bir daha gözə dəyməyiblər.

Qəzalı məktəbdə nə zaman təmir işlərinə başlanacağı ilə bağlı Təhsil Nazirliyin mətbuat katibi Cəsarət Valehovla əlaqə saxladıq. Cəsarət müəllim məsələni araşdıraraq məlumat verəcəyinə söz versə də vədinə əməl etməyə cəsarəti çatmadı. Onu da bildirək ki, dam örtüyünün sıradan çıxması səbəbindən hazırda məktəblilər tədris prosesini təhsil müəssisənin birinci mərtəbəsində yerləşən sinif otaqlarında davam etdirirlər.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər