Bakıda Milad bayramı qeyd olunub - VİDEO

Bakıda Milad bayramı qeyd olunub - VİDEO
Yeparxiya rəhbəri: Azərbaycanda dinlərarası dialoq yüksək səviyyədədir

Yanvar ayının 6-dan 7-ə keçən gecə Azərbaycanda yaşayan pravoslarlar milad bayramını qeyd ediblər. Ölkəmizdə tərbiq edilən karantin qaydalarının gözlənilməsi şərtilə keçirilən Gecə saatlarında başlanan mərasim, səhər saatlarına qədər davam edib. Qeyd edək ki, hazırda Azərbaycanda bir neçə pravoslav kilsəsi fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev hər il olduğu kimi, bu il də pravoslav xristian icmasına Milad bayramı münasibətilə təbrik ünvanlayıb. Təbrikdə deyilir ki, Azərbaycanda əsrlərboyu müxtəlif xalqların və konfessiyaların nümayəndələri mehriban qonşuluq, dostluq və qarşılıqlı etimad şəraitində yaşamışlar.

Bilirsiniz, Azərbaycan hər il yaxşılığıa doğru dəyişir. Mən əvvələrdə Azərbaycana yaşamışam, işləmişəm, bu 16 il bundan əvvəl olub. Mən bu ölkəni hər kəs üçün isti və qonaqpərvər ölkə kimi tanımışam. Prezident İlham Əliyev də milad bayramı münasibətilə ünvanladığı təbrikdə bunları qeyd edir. Azərbaycan sivilizasiyaların, mədəniyyərlərin qovşağında yerləşməsinə baxmayaraq, o, müxtəlif millətlərdən olan insanların, müxtəlif dini mənsubiyyətdən olan insanların ümumi evidir. Azərbaycanın, bizim ümumi evimiz olması hissi hər il güclənir. Bu gün öz vəzifəmi, Bakı yeparxiyasının katibi kimi funksiyamı yerinə yetirirəm. Bu gün bu vəzifə Azərbaycanda faktiki olaraq yeparxiyanın birinci şəxsi anlamını ifadə edir. Mən görürəm ki, dinlərarası dialoq bu gün yüksək səviyyədədir. Prezidentin, hökumətin, Şeyxin səylərini xüsusi qeyd etmək istəyirəm. Onlar bu dialoqun təşəbbüsçüləridir. Bilirəm ki, bunun sayəsində Azərbaycan stabil olaraq inkişaf edir. Burada bütün dini cəmiyyətlərin nümayəndələri sülh, qarşılıqlı anlaşma şəraitində yaşayır. Hətta demək olar ki, bir-biri ilə dostluq zəmnində yaşayır.

Azərbaycanda bütün dini bayramlar insanların dinui mənsubiyyətindən asılı olmayaraq qeyd olunur. Buna görə də bu gün, İsa Məsihin doğum günündə ölkəmizin sakinlərinə Məsihin bəxş etdiyini arzu edirəm. Möhkəm və sarsılmaz sülh arzu edirəm. Hamımızın evində, ailəsində, torpağımızda olsun!

Mərasimdə Azərbaycanın rifahı naminə, eləcə də Vətən müharibəsi şəhidlərinin xatitəsinə dualar oxunub.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər