Dəmir yumruğun işə saldığı mühərrik - VİDEO

Dəmir yumruğun işə saldığı mühərrik - VİDEO
Laçın sakini traktoru ilə doğma kəndində bərpa işlərinə qatılmağı arzulayır

64 yaşlı Laçın sakini Məhərrəm dayı indi Allaha şükür edir ki, doğma vətəninin azad günlərini görə bildi. İllərdir arzuladığı anlara – ailəsinin və özünün Laçından gətirdiyi 42 illik sadiq yoldaşı saydığı bu traktorla bərabər doğma kəndi

Ələkçiyə qayıdacağı günlərə elə də çox qalmayıb. Məhərrəm Hüseynov ömrünün xoş və ən çətin günlərində onun əlindən tutan bu texnikanı Laçının xatirəsi olaraq qoruyub saxlayıb. Keçmişi xatırlayan Məhərrəm kişi deyir, Laçında Şamkənd inzibati ərazisinə aid Ələkçi kəndində uzun illər traktorçu kimi çalışıb:

Məhərrəm dayı deyir 1-ci Qarabağ müharibəsi zamanı vətəndaşlarımızın çətin günlərində məhz bu traktoru ilə onlara yardım edib.

Hazırda Bərdənin Mollalı kəndində yaşayan Məhərrəm Hüseynov məcburi köçkün olduğu illərdə bu traktordan ailəsini dolandırmaq üçün də istifadə edib. amma Laçından qalan yadigarı kimi onun yararsız hala düşməməsi üçün də əlindən gələni edib.

Məhərrəm dayı doğma Laçından gətirdiyi bir çox alətlərini də əziz əşyaları kimi qoruyub saxlayır. Onların hər biri haqqında məmnunluqla danışır:
Doğma yurduna köçəcəyi günləri həsrətlə gözləyir Məhərrəm Hüseynov. İndi isə onun əsas arzusu sadiq iş yoldaşı DT 75-lə Ələkçi kəndində bərpa işlərinə yardım etməkdir. Deyir hər ikimiz yaşlansaq da müəyyən işlərin qulpundan yapışmağı bacararıq:

Biz də Məhərrəm dayıya etibarlı traktoru ilə tezliklə Laçına yolçuluq arzulayırıq. Əminik ki, Doğma torpağa ayaq basmaqla həm qəhrəmanımız, həm də onun sadiq dt-75-i bir daha Laçın vaxtlarına geri dönəcək.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər