Əlilin pensiya problemi - VİDEO

Əlilin pensiya problemi - VİDEO
Ağcabədi rayon Mərkəzi Xəstəxanasından problemə aydınlıq gətirildi

Yaqub Hacıyev Ağcabədi rayon Pərioğullar kənd sakinidir. Birinci Qarabağ müharibəsi veteranı olan həmsöhbətimiz əlillik təqaüdünün dayandırılmasından şikayətçidir. Təqaüdü isə mədəsindəki problemlərə görə alıb. Səhhətində bir neçə il öncə yaranmış narahatlıq ağır əməliyyatlarla nəticələnib ki, bu da əlillik statusu almasına səbəb olub.

Hazırda 80 manatlıq veteranlıq pulundan başqa gəliri olmadığını deyən Yaqub Hacıyev səhhətindəki ağrılarda, dərmanlarının bahalığından şikayət edir və haqsızlıqla üzləşdiyini deyir.

Problemə aydınlıq gətirmək üçün Ağcabədi Rayon Mərkəzi Xəstaxanasının HKM sədri Təranə Məmmədovaya müraciət etdik. O, şifahi olaraq bildirdi ki, komissiya növbəli şəkildə aparıldığından vətəndaşın komissiya vaxtı 2022-ci ilin fevral ayının 10-na təyin olunub.

Yəni belə görünür ki, Yaqub Hacıyevin səbr edib gözləməkdən başqa çıxış yolu yoxdur.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər