Budanmayan ağacların yaratdığı problem - VİDEO

Budanmayan ağacların yaratdığı problem - VİDEO
Sakinlər aidiyyəti qurumlara müraciət etməlidir

Hər bir sakin yaşıl həyət arzusundadır. Hətta ev alarkən bir çoxları mütləq ağacların olub olmaması ilə maraqlanır. Elə Nəsimi rayonu, Vaqif prospekti 5 ünvanında yerləşən sakinlər də deyir ki, bu sarıdan bəxtləri gətirib. Həyətləri yaşıllığı, ağacların çox olması ilə seçilib. Amma bir zamanlar. Bu gün isə həyətlərində ağacların böyük bir hissəsi çürüyüb, quruyub. Ağacların isə illərdir ki, budanmaması onların özlərinin, uşaqlarının həyatlarına, həmçinin əmlakına da böyük təhlükə yaradır. Ağacların çürümüş gövdəsi və elə kötükləri də zibil yeşiyi rolunu oynayır. Burda kötük kötüyə düşməndir deyir qonşular. Ağac kötüklərinin içinə atılan siqaret kötükləri dəfələrlə yanğınlara səbəb olublar.

Sakinlər iddia edir ki, həyətlərində təhlükəyə səbəb olan və artıq kəsilərək ərazidən götürülməli olan qurumuş ağacların da sayı az deyil. Onlar özləri bu ağaclı özləri çıxarıb, təhlükəsiz vəziyyət yarada biləcəklərini düşünürlər, amma təbii ki, qanunlar buna icazə vermir.

Sözügedən məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq. Müraciətimizə əsasən qurum tərəfindən dərhal əraziyə baxış keçirildi. Bildirildi ki, ərazidə hər hansı bir təhlükəyə səbəb ola biləcək qurumuş ağac aşkarlanmayıb. Ağacların budanması ilə bağlı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi olmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə qeyd oundu ki, ağacların budanması ilə bağlı ya torpaq mülkiyyətçisi və ya elə sakinlərin özləri tərəfindən ərizə ilə müraciət olunmalıdır. Əraziyə cavabdeh olan aidiyyatı MKİB də ərazidə təhlükəli ağacların olmadığı bildirildi. Həmçinin əlavə edildi ki, ağacların mövsumi budanması onların səlahiyyətinə daxil olmasa da sakinlərin ümumi müraciəti əsasında Nazirliyə məktub ünvanlana bilər.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər