"Südçülük" yaşayış sahəsinin problemləri - VİDEO

Binə qəsəbəsindəki şikayətə aidiyyəti qurumlar aydınlıq gətirdi

Qaynar xəttimizə gələn şikayət əsasında üz tutduğumuz məkan Binə qəsəbəsi Suraxanı rayonunun inzibati ərazisində yerləşən hissəsinə aid olan “Südçülük” savxozu adlandırılan yaşayış sahə oldu. Bu ünvanda yaşayan sakinlərin problemi içməli su və ərazidəki yolun bərbad vəziyyəti ilə bağlıdı. Sakinlər bildirir ki, bir neçə ailə öz hesabına evlərinə su xətti çəksədə digərləri həyat cövhərini müxtəlif yollarla əldə edir. Belə ki, onlar 1 kim-dən artıq məsafədə yerləşən şəhid bulağından və ya ərazidə su satışı həyata keçirən maşınlardan istifadə edərək gündəlik su təlabatlarını həyata keçirirlər.

Şikayətçilərin iddiasına görə ərazinin içməli su ilə təmin olunması üçün bir neçə ay öncə aidiyyəti qrumlara da müraciət olunub.

Sakinlərin digər problemi isə ərazidəki nahamar, palçıqlı, gediş-gəlişi çətin yolla bağlıdır. Şikayətçilər bildirir ki,qəsəbədəki yolun bir hissəsinə bir neçə vaxt öncə asvalt döşənsə də digər hissəsi hələ də istifadəyə yararsızdır. Sakinlər xüsusən yağışlı havalarda bu yolda yaşadıqları çətinlikləri bizimlə bölüşdülər.

Sakinlərin narahatlığına səbəb olan məsələlərlə bağlı qrumlarla əlaqə saxladıq. ərazidəki su probleminə Azərsu ASC-dən münasibət bildirildi.

Ərazidəki yol şikayəti ilə bağlı isə Suraxanı rayon icra hakimiyyətinə sorğu göndərdik. Qurumdan bildirildi ki, 2019-cu ilin sonlarından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Hövsan qəsəbəsinin daxili yollarında başlanılmış və hazırda da davam etdirilən genişmiqyaslı təmir-tikinti işləri çərçivəsində bu günədək qəsəbənin Oqtay Şabanov (24 000 kv.m), İlqar Əhlimanov (18 750 kv.m), Ağadadaş Minuri (17 770 kv.m),
Elman Qasımov (17 710 kv.m), Cəbrayıl Xanməmmədov (11 000 kv.m), Mirzəağa Əliyev (8 210 kv.m), Dənizkənarı(8 000 kv.m), Sahil (7 150 kv.m), M.Ş.Vazeh (6 700 kv.m), Rasim Şahsuvarov(6 000 kv.m), İbiş Məmmədov (5 100 kv.m), Rüfət Abdullayev (3 075 kv.m) küçələrində, M.Əliyev küç-dən Məscidə gedən yolda (7 680 kv.m), Hövsan bağları yaşayış sahəsində (7 500 kv.m), qəbiristanlıq yolunda (3 952 kv.m), Əmircan-Hövsan avtomobil yolunda (1 435 kv.m), Xəzər rayonu ilə sərhəddə (1 200 kv.m) və o cümlədən videosüjetdə adıçəkilən Binə qəsəbəsinin Suraxanı rayonunun inzibati ərazisində yerləşən hissəsinə aid olan “Südçülük” (36 845 kv.m) və “Donuzkökəltmə” (18 000kv.m) sovxozu adlandırılan yaşayış sahələrində ümumilikdə 210 000 kv.m-dən çox əraziyə asfalt-beton örtüyü döşənib. Mərhələli şəkildə həyata keçirilən işlər zamanı Binə qəsəbəsinin Suraxanı rayonuna aid ərazisinin asfaltlanmayan hissələri də nəzərə alınacaq.

Qurumlardan gələn cavablar ümidvericidir. Hər qaranlıq gecənin bir aydınlıq sabahı olur. Şikayətçilərimizə tezliklə işıqlı sabahlara çıxmalarını diləyirik.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər