Kürmük çayında selə qarşı bəndlər tikilib - VİDEO

Kürmük çayında selə qarşı bəndlər tikilib - VİDEO
Qaxda plana uyğun olaraq meliorativ tədbirlər görülüb

Qax rayonunda da Qax Suvarma Sistemləri idarəsi tərəfindən ötən il plana uyğun olaraq meliorativ tədbirlər aparılıb.

Əkin sahələrinin suvarma suyu ilə təminatı, o cümlədən yaşayış məntəqələrinin sel sularından mühafizəsi üçün bir sıra işlər görülüb ki, bu işlərdən biri də rayon ərazisindən axan və zaman-zaman sel təhlükəsi yaradan Kürmük çayında həyata keçirilib.

Kürmük çayının sağ və sol sahilində, İbaxlı və Əlibəyli kəndləri ərazilərindən keçən hissəsində daş-beton bəndlər tikilib.

Belə ki, Qax Suvarma Sistemləri İdarəsi tərəfindən su itkisinin qarşısının alınması məqsədilə ötən il 2270 metr torpaq məcralı kanal beton üzlüyə alınıb.

Qeyd edək ki, ötən il idarə tərəfindən böyük təsərrüfatların yerləşdiyi ərazilərdə əkin sahələrinin suya olan tələbatının ödənilməsi üçün Hayvalı suvarma kanalının müəyyən hissəsində qapalı və yarım qapalı metal borulu su ötürücü qurğunun təmiri aparılıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər