Nüydü kəndinin yol problemi - VİDEO

Nüydü kəndinin yol problemi - VİDEO
Şamaxı RİH-dən problemin həlli ilə bağlı açıqlama verildi

Palçıqlı yollarda batıb qalan maşınlarını çıxarmaqla məşğul olan bu zəhmətkeş insanlar Şamaxı rayon Nüydü kənd sakinləridir. Nüydü rayonun ucqar və sonuncu kəndi hesab olunur, dağlıq ərazidə yerləşir. Kəndin ümumilikdə 800 nəfərdən çox əhalisi var. Adətən qarılı-şaxtalı havalarda bura gediş-gəliş elə də asan olmur. Üstəlik də yolların bu vəziyyətdə olması hərəkəti daha da təhlükəli edir. Hələ avtomobillərin sınaraq yolda qalmasını, ehtiyat hissələrinin sıradan çıxdığından danışmırıq.

Sakinlər deyir ki, rayon mərkəzinə qədər olan yol təmir olunsa, bir çox problemləri geridə qalar. Bu məsafə elə də böyük deyil. Cəmi 2 km. Öyrənirik ki, bir neçə il öncə kəndin yolunun yenidən qurulması üçün işlər başlanılıb. Amma… Nədənsə qonşu kəndlərdə yollar asfaltlansa da, Nüydü yaddan çıxıb.

Azyaşlı məktəblilərin problemi isə daha böyükdür. Çünki onlar hər gün bu yollarla dərsə getməyə məcburdurlar. Qış aylarında ağır geyimlər və çanta ilə palçıqla yol getmək elə də asan deyil.

Kəndin probleminə Şamaxı rayon icra hakimiyyətindən aydınlıq gəldi. Qurumun rəsmisi Rəşad Əliyevi eşidək.

Necə deyərlər, pis günün ömrü az olar. Elə pis yolların da ömrünə bir şey qalmayıb. 2022-ci ilin nüydülülər üçün uğurlu olacağına şübhə etmirik.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər