XİN: Ermənistanın hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik

XİN: Ermənistanın hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik

Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Kəlbəcər rayonu istiqamətində növbəti təxribatı ilə bağlı bəyanat yayıb.

XİN-in Mətbuat Xidməti İdarəsindən REAL-a verilən məlumata görə, Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 11 yanvar 2022-ci il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

"Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik.

İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.

Allah şəhidimizə rəhmət eləsin!", - deyə məlumatda bildirilir.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər