"Qalatasaray"ın yeni baş məşqçisi müəyyənləşib

"Qalatasaray"ın yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə klub prezidenti Burak Elmas açıqlama verib.

B.Elmas, ispaniyalı məşqçi Domenek Torrenlə anlaşdıqlarını bildirib.

Torren 2013-2016-cı illərdə "Bavariya"da, 2016-2018-ci illərdə isə "Mançester Siti"də Xosep Qvardiolanın köməkçisi olub. O, 2018-2019 mövsümündə ABŞ-ın "Nyu-York" siti klubunun baş məşqçisi olub.

"Qalatasaray" ötən gün Fatih Terimlə yollarını ayırıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən