ABŞ-Rusiya əlaqələri yenidən pisləşir (VİDEO)

ABŞ-Rusiya əlaqələri yenidən pisləşir (VİDEO)
Fərid Şəfiyev: Fikir ayrılığı digər ölkələri dilemma qarşısında qoyacaq

Yanvarın 10-da İsveçrənin Cenevrə şəhərində baş tutan ABŞ-Rusiya görüşü digərlərinə nəzərən konstruktiv və aqressiv iddialardan uzaq keçməsi ilə yadda qaldı. Tərəflər görüş ərəfəsində gözləntiləri minimuma endirsə də, ABŞ, Moskvanı Ukrayna ilə bağlı gərginliyi azaltmağa çağırdı, Rusiya isə əvəzində güzəşt etməyəcəyini bildirdi. Digər tərəfdən, təqribən 100 minlik ordusunu Ukrayna sərhəddinə yığan Rusiya işğala hazırlaşmadığını bildirsə də, ordunu geri çəkməsi müqabilində qərbin Ukrayna hökumətinə verdiyi dəstəyi və NATO-nun şərqə doğru genişlənməsini dayandırmağı tələb etdi. Ancaq Vaşinqtonun Moskvanın bu və bənzər tələblərini əsassız adlandırması yenidən iki ölkə arasındakı gərginliyi bir az daha artırdı.

ABŞ və Rusiya arasındakı fikir ayrılığına başqa prizmadan yanaşdıqda isə bu dəfə NATO faktoru ortaya çıxır. Rusiya NATO-dan keçmiş sovet respublikaları hesabına genişlənmədən imtina etməsini, yaxın və ortamənzilli raketlərin bir-birinə çatacaq məsafədə yerləşdirməməsini və həmin ərazilərdə keçirdiyi təlimlərin sayını azaltmasını istəyir.

Bu, ABŞ və NATO-nun Rusiyanın təsir dairəsində olan ərazilərə girməməsi, yaxud həmin dövlətlərin Alyansa və Avropa İttifaqına qəbul edilməməsi anlamına da gəlir. Rusiya təmsilçiləri ilə NATO nümayəndələri arasında bu gün keçirilməsi planlaşdırılan görüşdən gözləntilərə gəldikdə isə...

ABŞ və NATO-dakı müttəfiqləri ilə Rusiya arasında mövcud vəziyyət şübhəsiz ki, bütün tərəflərlə əməkdaşlığa üstünlük verən dövlətləri dilemma qarşısında qoyacaq. Bu da öz növbəsində tarixin çarxını geri fırlamağa çalışanlara yeni fürsətlər yaradacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər