Şəhid ailələrinə veriləcək mənzillər (VİDEO)

Şəhid ailələrinə veriləcək mənzillər (VİDEO)
İlin sonunadək veriləcək mənzillərin sayı açıqlandı

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı dövlətin diqqətində olan məsələlərdəndir. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirən vətəndaşlar və şəhid olanların ailəsi dövlət hesabına mənzillə təmin edilməsi prosesi davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən REAL-a verilən məlumata görə, sərəncamla cari ildə əlavə olaraq minimum 300 mənzil alınmaqla, il ərzində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə veriləcək mənzillərin sayı 500-ü ötəcək.

Son 20 il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, müharibə əlillərinə 6 mindən çox minik avtomobili verilib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə