ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar qanun layihəsini təqdim edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu təşəbbüslə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes çıxış edib.

Sanksiya layihəsində Rusiyanın ilkin və ikinci dərəcəli dövlət borcu ilə əməliyyatlarının qadağan edilməsi nəzərdə tutulur.

ABŞ senatorları Rusiyanın bank sektoruna, yüksək rütbəli hərbçilərə və dövlət məmurlarına qarşı sanksiyalar tətbiq etməyi təklif edirlər. Onlar, həmçinin Ukraynada münaqişənin gərginləşəcəyi təqdirdə Rusiya Prezidenti Vladimir Putinə, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Baş Qərargah rəisinə qarşı sanksiyalar tətbiq etməyi təklif ediblər.

Layihədə 2022-ci ildə münaqişənin gərginləşəcəyi təqdirdə Ukraynaya maliyyə yardımı şəklində 500 milyon ABŞ dollarının transferi də nəzərdə tutulur.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər