“Bizim böyük qələbəmiz” kitabı təqdim edildi - VİDEO

“Bizim böyük qələbəmiz” kitabı təqdim edildi - VİDEO
Kitab azyaşlılar üçün nəzərdə tutulub

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə hazırlanan “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirildi.

Milli Tarix Muzeyində keçirilən təqdimat mərasimində hər iki qurumun və Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəsmi şəxsləri və nümayəndələri, müharibə iştirakçıları, müəllim, şagird və könüllülər iştirak etdilər.

İlk öncə qonaqlar muzeyin foyesində şagirdlər tərəfindən hazırlanan kompozisiya ilə tanış oldu.

Mərasimdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev rəsmilər kitabın azyaşlılar üçün nəzərdə tutulduğunu bildirdi.

Sonda tədbir iştirakçıları və məktəblilər muzeyin yeni eksponatları ilə tanış oldular.

Mərasimdən sonra “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri paytaxt məktəblərində şagirdlərə kitabı təqdim edərək onlara Vətən müharibəsindəki Şanlı Qələbə barədə məlumat verdilər.

REAL

Digər xəbərlər
Bu gün
Dünən