“Peşəkarlığın rəsmi“ kitabının təqdimatı (VİDEO)

“Peşəkarlığın rəsmi“ kitabının təqdimatı (VİDEO)
Səmayə Məmmədova kitabda 22 illik media təcrübəsini oxucularla bölüşüb

Peşəkar jurnalist, PR menecer Səmayə Məmmədovanın "Peşəkarlığın rəsmi" kitabının təqdimatı keçirilib.

Mərasimdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səmayə Məmmədova kitabında 22 illik media təcrübəsini, yanlışlıqları sayəsində öyrəndiyi doğruları, uğurun sirrlərini, ümumilikdə 22illik media, PR sahəsində təcrübəsini oxucularla bölüşüb.

Xatırladaq ki, Səmayə Məmmədova müxtəlif televiziyalarda çalışıb. Son illərdə isə Gənclər və İdman Nazirliyiin mətbuat katibi, Bakı Nəqliyyat Agentliyidə PR menecer kimi fəaliyyət göstərib.

Qeyd edək ki, “Peşəkarlığın Rəsmi” kitabından Media sahəsi üzrə təhsil alan gənclər və mütəxəssislər oxuya və tövsiyələrdən yararlana bilərlər.

Digər xəbərlər
Bu gün
Dünən