İspaniya Super Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçirilib

İspaniya Super Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçirilib

Futbol üzrə İspaniya Super Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Kral Fahd" stadionunda oynanılan görüşdə Madrid "Atletiko"su ilə Bilbao "Atletik"i üz-üzə gəlib.

Matç "Atletik"in qələbəsi ilə yekunlaşıb - 2:1. Hər 3 top ikinci hissədə qalib komandanın futbolçuları tərəfindən vurulub. 62-ci dəqiqədə Unay Simon topu öz qapısına göndərib. 77-ci dəqiqədə Yeray bərabərlik, 81-ci dəqiqədə Nikolas Uilyams qələbə topuna imza atıb.

Beləliklə, finala yüksələn "Atletik" yarımfinalda "Barselona"nı 3:2 hesabı ilə məğlub etmiş "Real Madrid"ə rəqib olub. Həlledici qarşlaşma yanvarın 16-də keçiriləcək.

REAL

Digər xəbərlər
Bu gün
Dünən